Bank istehlak kreditlərini azaldıb, biznes kreditlərini artırıb. Ötən il bankın kredit portfelinin yarısını biznes kreditləri təşkil etdiyi halda bu il bu rəqəm 56% olub.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, “Muğanbank” 2019-cu ildə müştərilərinə ümumilikdə 366 milyon 067 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 5 milyon 390 min manat və ya 1,5% çoxdur. Bank 2018-ci ildə müştərilərinə 360 milyon 677 min manat kredit verib.
Eləcə də bax: Azərbaycanda 50 filialı olan bankın - VƏZİYYƏTİ AÇIQLANDI - HESABAT
“Muğanbank” 2018-ci illə müqayisədə 2019-cu ildə verdiyi istehlak kreditlərinin məbləğini azaldıb. Əvəzində biznes kreditlərini artırıb.
Belə ki, 2019-cu ildə bank 54 milyon 942 min manat istehlak krediti verib. Bu 2018-ci illə müqayisədə 27 milyon 823 min manat və ya 33,6% azdır. Bank 2018-ci ildə 82 milyon 765 min manat kredit verib.
2019-cu ildə bank iş adamlarına 208 milyon 402 min manat biznes krediti verib. Bu 2018-ci illə müqayisədə 29 milyon 742 min manat və ya 16,6% çoxdur. 2018-ci ildə bank qeyd edilən sahəyə 178 milyon 661 min manat kredit verib.
Həmçinin bank daşınmaz əmlak sahəsinə də verilən kreditləri artırıb. Belə ki, 2019-cu ildə “Muğanbank” daşınmaz əmlak sektoruna 102 milyon 723 min manat kredit verib. Bu da 2018-ci illə müqayisədə 3 milyon 972 min manat və ya 4% çoxdur. 2018-ci ildə bank daşınmaz əmlak sektoruna 98 milyon 751 min manat kredit verib.
"Muğanbank"a yatırılan depozitlərin həcmi artıb
“Muğanbank”a fiziki və hüquqi şəxslər tərəfində yatırılan depozitlərin həcmində artım var.
2019-cu ildə bankda fiziki şəxslərin depozitləri 239 milyon 273 min manat, hüquqi şəxslərin depozitləri 95 milyon 450 min manat təşkil edib. 2018-ci illə müqayisədə fiziki şəxslərin depozitləri 24 milyon 156 min manat və ya 11,2% artmışdır. 2018-ci ildə bankda fiziki şəxslərin 215 milyon 117 min manat depzoiti olub.
Fiziki şəxslərin depozitləri ilə yanaşı hüquqi şəxslərin də depozitləri artıb. 2018-ci illə müqayisədə 2019-cu ildə banka yatırılan hüquqi şəxslərin depozitləri 30 milyon 215 min manat və ya 46,3% artıb. 2018-ci ildə bankda hüquqi şəxslərin depozitləri 65 milyon 236 min manat təşkil edib.