Azərbaycanda filial sayına ən çox filialı olan “Muğanbank”ın maliyyə vəziyyəti məlum olub. Qeyd edək ki, bankın 37 filialı, 10 şöbəsi var.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər veir ki, bank 2019-cu ildə 8 milyon 307 min manat zərər edib. Qeyd edək ki, 2018-ci ildə bankın xalis mənfəəti 1 milyon 430 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bankının mənfəəti - 2 QAT AZALIB
2019-cu ildə bankın faiz gəlirləri 35 milyon 275 min manat, faiz xərcləri isə 25 milyon 488 min mant təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 6 milyon 730 min manat və ya 16%, faiz xərcləri 182 min manat və ya 0,7% azalıb. Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 42 milyon manat, faiz xərcləri isə 25 milyon 670 min manat təşkil edib.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 23 milyon manat, qeyri-faiz xərcləri 30 milyon 825 min manat əşkil edib. 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirləri 4 milyon 448 min manat və ya 23,9% , qeyri-faiz xərcləri 3 milyon 418 min manat və ya 12,4% artıb. Bank 1 milyon 968 min manatlıq əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 275 min manat ayarıbı ki, nəticədə də 8 milyon 307 min manat zərər edib. Bank mənfəət vergisi ödəməyib.
Bankın aktivləri artıb
2019-cu ildə bankın aktivləri 660 milyon 836 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 99 milyon 936 min manat və ya 17,8% çoxdur. Belə ki, 2018-ci ildə bankın 560 milyon 900 min manat aktivi olub.
Bank aktivlərindən 366 milyon 067 min manat müştərilərinə kredit verib ki, bu da 2018-ci illə müqayisədə 5 milyon 390 min manat və ya 1,5% çoxdur. Bank 2018-ci ildə müştərilərinə 360 milyon 677 min manat kredit verib.
Ötən il bankın öhdəlikləri 573 milyon 800 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 104 milyon 158 min manat və ya 22,1% çoxdur. 2018-ci ildə bankın öhdəlikləri 469 milyon 643 min manat təşkil edib.
Bankın 2019-cu ildə kapitalı 87 milyon 036 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 4 milyon 221 min manat və ya 4,6% azdır. Bankın 2018-ci ildə kapitalı 91 milyon 256 min manat olub.