Azərbaycanın aparıcı banklarından olan «Muğanbank»da 2021-ci ilin nəticələrinə görə, səhmdarların pay bölgüsü dəyişib.
Eləcə də bax: "Muğanbank"ın xalis mənfəəti - 2 DƏFƏYƏ YAXIN ARTIB
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın əsas səhmdarı olan Elmir Mehdiyevin payı 2021-ci ildə bir qədər artaraq 66,17%-dən 67,74%-ə yüksəlib. E.Mehdiyevin payının artımı digər 3 səhmdarın hesabına olub.
İkinci səhmdar Maqbet Mehdiyevin səhmləri isə bir qədər azalaraq 12,14%-dən 11,58%-ə enib.
Vəfa Vəliyevanın səhmləri isə 10,65% təşkil edib, 2020-ci ilin sonunda bu rəqəm 11,17% idi. Bankın ikinci xanım səhmdarı – Fəridə Mehdiyevanın payı isə 10,03% təşkil edib. Ötən ilin sonunda bu rəqəm 10,52% təşkil edirdi.
Xatırladaq ki, 2021-ci ilin sonuna «Muğanbank»ın nizampani kapitalı 107 milyon manat, cəmi kapitalı isə 41 milyon manat təşkil edir.