Azərbaycanın aparıcı banklarından oan «Muğanbank» 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb.
5 ayda Azərbaycan banklarının aktivləri 7,6%, mənfəəti 21,3% - ARTIB
FED.az xəbər verir ki, 2021-cii ildə Bankın faiz gəlirləri əvvəlki illə müqaisədə 2,7 milyon manat və ya 9,2% artaraq 32,7 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 8,5 milyon manat artaraq 31,8 milyon manata çatıb.
Bundan başqa bank, əvvəllər mümkün zərərlər üçün ayrılmış ehtiyatlardan 5,4 milyon manat geri qaytarılıb. Nəticədə 2021-ci ildə bankın xalis faiz gəliri 6,3 milyon manat olub.
Qeyri-faiz gəlirlərinə gəlincə, «Muğanbank» 2021-ci ildə xarici valyuta əməliyyatlarından 1,3 milyon manat gəlir əldə edib.
Bankın komissiya və haqlardan əldə etdiyi gəlirlər isə 2020-ci illə müqayisədə 2 dəfədən çox artaraq 26,6 milyon manata yüksəlib.
Eləcə də bankın komissiya haqqı xərcləri də təqribən 3 dəfə yüksələrək 2020-ci ildəki 3,8 milyon manatdan 2021-ci ildə 9,5 milyon manata çatıb. Digər gəlir və xərcləri də nəhərə aldıqda bankın xalis qeyri-faiz gəlirləri 16,1 milyon manat təşkil edib.
Nəticədə bankın əməliyyat gəliri 21,5 milyon manat olub. Əməliyyat xərcləri isə 21,7 milyon manat olub, nəticədə bank ili vergidən əvvəki 756 min manat mənfəətlə başa vurub. 246 min manat vergi ödənişindən sonra bankın xalis mənfəəti 510 min manat.
2021-ci ildə «Muğanbank»ın aktivləri 118 milyondan artıq və ya 22% artaraq 537 milyon manatdan 656 milyon manata yüksəlib. Artımın əsas səbəbi bankın nağd və Mərkəzi Bankdakı hesablardakı vəsaitlərinin artımıdır – 53 milyondan 115 milyon manata. Kredit portfeli isə 70 milyon manat artaraq 395 milyon manata yaxınlaşıb.
Bank öhdəlikləri isə təqribən 113 milyon manat artıb – 502 milyondan 6015 milyon manatadək.
Burada artımın səbəbi müştəri hesablarındakı vəsaitlərin 505 artaraq 266 milyon manatdan 390 milyon manata yüksəlməsidir. Əvəzində 2021-ci ildə «Muğankbank»ın dövlət qurumlarına başqa banklara və maliyyə təşkilatlarına borcları azalaraq 210 milyon manatdan 198 milyon manata enib.
Ötən il aparılan işlər nəticəsində «Muğanbank»ın kapitalı 5 milyon manatdan çox artaraq 35 milyondan 41 milyon manata yüksəlib. Nizamnamə kapitalı isə 5 milyon manat artaraq 107 milyon manata çatıb.