31 may 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 371,5 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycanda istehlak kreditləri - 5 Milyard Manatı Keçib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-may aylarında bankların aktivləri 7,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Mayın sonuna bankların kredit portfeli 18 milyard 98,3 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,6% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 78,5 milyon manat (artım 2,2%) təşkil edir.
Bankların öhdəlikləri 36 milyard 293 milyon manata (artım 8,4%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 290,9 milyon manat məbləğində (azalma 8,8%) qiymətləndirilir. Banklarda depozit portfeli 29 milyard 737,6 milyon manat (artım 10,4%), o cümlədən əhalinin əmanətləri 10 milyard 389 milyon manat (artım 15%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında bankların ümumi xalis mənfəəti 331,5 milyon manat təşkil edib (2021-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 21,3%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 33,7 milyon manat (artım 23,8%), o cümlədən verilmiş kreditlər üzrə 852,8 milyon manat (artım 28,2%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 426 milyon manat məbləğində (artım 27,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 245,1 milyon manat (artım 11,8%), o cümlədən depozitlər üzrə 169,8 milyon manat (artım 19,8%), qeyri-faiz xərcləri 769,6 milyon manat (artım 46,7%) təşkil edib.
Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 503,7 milyon manat (artım 22,5%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 404,7 milyon manat məbləğində (artım 25%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 73,1 milyon manat (artım 44,5%) təşkil edib.
31 may 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 491 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,5%) və 96 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 21,379 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,2% - İF) çalışır. (İnterfaks-Azərbaycan)