FED.az Azərbaycanın bank sektorunun liderlərindən biri, kiçik və orta biznesin kreditləşdirilməsində aktiv banklardan olan - «Bank Respublika»nın gəlir mənbələrini təqdim edir.
«Turanbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Bank Respublika»nın ümumi gəlirləri 79 milyon 859 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sesmində 5-ci yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 59,7 milyon manatı və ya bütün gəlirlərin 75%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 9,8 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 12%-i deməkdir.
«Bank Respublika»nın valyuta əməliyyatlarından gəlirləri 6,9 milyon manat, yəni ümumi gəlirlərin 9%-i həcmində.
Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəliri 874 min manat olub, bu ümumi gəlirlərin 1%-ni təşkli edir.
Təqribən bu qədər məbləği «Bank Respublika» başqa banklar və maliyyə təşkilatlarına ayırdığı kreditlərdən qazanıb. Bankın digər faiz gəlirləri isə 850 min manat olub.
Ümumiyyətlə, «Bank Respublika»nın ümumi gəlirlərində faiz gəlirləri 78%, qeyri-faiz gəlirləri 22% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
59 667 |
75% |
QK-a investisiyadan gəlir |
874 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
149 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
867 |
1% |
Komissiya haqları |
9 777 |
12% |
Valyuta əməliyyatlarından gəlirlər |
6 918 |
9% |
Digər faiz gəlirləri |
849 |
1% |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
79 859 |
100% |