“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Azərbaycan bankının Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, bank vəfat edən keçmiş səhmdarı Maqbet Mehdiyevin 11,58 %-lik payı digər səhmdarlar arasında bölüşdürülüb. Nəticədə Mehdiyeva Fəridə Cahandar qızının bankdakı payı 10,03%-dən 21,6070%-ə, Elmir Maqbet oğlu Mehdiyevin payı 67,74 %-dən 67.7442 %-ə kimi artıb, Vəliyeva Vəfa Əhməd qızının payı isə 10,65 %-dən 10.6487 %-ə enib.
Qeyd edək ki, Maqbet Mehdiyev 2022-ci il noyabrın 21-də 84 yaşında dünyasını dəyişib. (Apa)