“Muğan Bank” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibi dəyişib.
Təcrübəli bankir “Muğan Bank”ın rəhbərliyinə - TƏYİNAT ALDI
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib.
Məlumata görə, Bankın səhmdarlarının yeni qərarı ilə “Muğan Bank”ın Müşahidə Şurasının yeni sədri Munir Vəliyev təyin edilib.
Müşahidə Şurasının keçmiş sədri Elmir Mehdiyev MŞ-nin üzvü seçilib.
MŞ-nin keçmiş üzvləri Urfan Göyüşov və Şaiq Ələkbərov Elmir Mehdiyevin müşavirləri təyin edilib. Ramiz Dadaşov, Teymur Məmmədov və Amil Vəliyev Bankın Müşahidə Şurasında yeni üzv seçilib.
Səhmdarlarının pay bölgüsü dəyişib.
Məlumata görə, "Muğan Bank"ın vəfat etmiş keçmiş səhmdarı Maqbet Mehdiyevin 11,58 %-lik payı digər səhmdarlar arasında bölüşdürülüb. Nəticədə Mehdiyeva Fəridə Cahandar qızının bankdakı payı 10,03%-dən 21,6070%-ə, Elmir Maqbet oğlu Mehdiyevin payı 67,74 %-dən 67.7442 %-ə kimi artıb, Vəliyeva Vəfa Əhməd qızının payı isə 10,65 %-dən 10.6487 %-ə enib. (Apa)