“Muğan Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini 15 ildən sonra vəzifəsindən ayrılıb.
Eləcə də bax: “MuğanBank”da yeni departament yaradılıb, yeni təyinatlar olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Rəsul Cəlilovdur. Bankir bu vəzifəsindən öz ərizəsi ilə ayrılıb.
Bankdan bildirilir ki, R.Cəlilov vəzifəsini səhhəti ilə əlaqəli olaraq tərk edib.
O, 2005-ci ilin yanvarından bu vəzifədə çalışırdı və ümumilikdə bank sisteminə isə 1996-cı ildən daxil olub.