“MuğanBank” ASC-nin strukturunda olan departamentlərinin bir neçəsinin direktoru dəyişib və əlavə yeni departament təsis edilib.
Eləcə də bax: “Azər Türk Bank”da yeni təyinatlar
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankda Biznes proseslərinin idarəedilməsi departamenti təsis edilib, ora Qocalı Novruz Rasim oğlu direktor vəzifəsinin icraedicisi kimi təyin edilib.
Xidmət sahələri üzrə departamentinə direktor kimi Əliyev Anar Nüsrət oğlu təyin edilib.
Buna qədər bu vəzifəni Seyidov Elçin Hakim oğlu tuturdu. Seyidov E.H. isə Ödəniş sistemləri departamentinə transfer olub.
Ödəniş sistemləri departamentinin əvvəlki direktoru isə Nağıyeva Nigar Rasim qızı idi.