Dekabr ayının 27-də bank fəaliyyətinə başlamasının 16 illiyini qeyd edən Xalq Bankın cari reytinqləri nüfuzlu beynəlxalq reytinq agentliyi olan Moody’s Investors Service tərəfindən təsdiqlənib.
Eləcə də bax: «Xalq Bank»ın vəziyyəti məlum oldu – HESABAT, RƏQƏMLƏR
FED.az xəbər verir ki, bankın yaydığı məlumatda qeyd edilib ki, Moody`s ekspertləri qurumun kapitallaşma səviyyəsinin sabit olduğunu bildirir, Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyətini, eləcə də sistem əhəmiyyətini vurğulayırlar.
"Yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən Xalq Bank öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsullar təqdim edir. Qüsursuz reputasiya, müştərilərin etibarı, uğurlu kommersiya fəaliyyəti, ölkənin sosial, mədəni və idman həyatında iştirakı Xalq Bankın statusu və ölkənin maliyyə sektorundakı yerini müəyyən edir",- məlumaytda deyilir.
Xalq Bank Moody’s Investors Service agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.