“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan bankı “Bank of Baku” ASC-nin reytinqinə yenidən baxıb.
Eləcə də bax: “Bank of Baku” bu ilin 9 ayını mənfəətlə başa vurub - BANK HESABATI
FED.az Banker.az-a istinadən xəbər verir ki, reytinq agentliyi “Bank of Baku”nun uzunmüddətli yerli və xarici valyutada olan depozitlərdəki reytinqini Caa1-dən B3-ə qədər yüksəldib.
“Moody’s” onu da qeyd edir ki, 2019-cu ildə hökumətin xarici valyutada olan kreditlərlə bağlı kompensasiya addımı “Bank of Baku”nının ehtiyatlarının bərpası və aktivlərinin keyifyyətinin artırmasına kömək etmişdir.