2025-ci ilin sonuna mikro sahibkarlığa yönələn kreditlərin həcmi 3 milyard 560,1 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 452,8 milyon manat və ya 14,6% artım deməkdir.
Aylıq müqayisədə isə portfeldə 40,3 milyon manatlıq (1,1%) artım qeydə alınıb.
Xatırladaq ki, bu ilin noyabrın 30-na mikro sahibkarlığa verilən kreditlər 3 milyard 519,8 milyon manat, əvvəlki ilin sonunda isə 3 milyard 107,3 milyon manat idi.











