Bankların kiçik sahibkarlığa ayırdığı kreditlərin həcmi 2025-ci ilin sonuna 1 milyard 706,9 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 158,3 milyon manat və ya 10,2% artım deməkdir.
Aylıq müqayisədə isə portfel 64,9 milyon manatlıq (4%) artım göstərib.
Xatırladaq ki, bu ilin noyabrın 30-na kiçik sahibkarlığa verilən kreditlər 1 milyard 642 milyon manat, əvvəlki ilin sonunda isə 1 milyard 548,6 milyon manat təşkil edirdi.











