Azərbaycanda 42 min nəfər kredit alanın borcu bağlanıb.
FED.az xəbər verir ki, ölkə başçısının 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 602 min vətəndaş kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaş isə kreditlərinin restrukturizasiyasına aid edilib.
FED.az Mərkəzi Bankın(AMB) yaydığı bəyanata istinadən xəbər verir ki, artıq vətəndaşlara 644.5 mln. manat kompensasiya ödənilib.
Eləcə də bax:Ötən ilin əvvəlindən uçot dərəcəsi – 2 DƏFƏ AZALDILIB
Son tarixə 123.1 min borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 ilə) restrukturizasiya edilmişdir. Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olmuş, 42 min borcalanın kreditləri tam bağlanmışdır. Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalmışdır. Bununla belə problemli kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən biridir.
2019-cu ildə bank sektorunun restrukturizasiyası çərçivəsində bir neçə bank üzrə kapital inyeksiyası həyata keçirilmiş, prudensial normativlərdə risklərin tənzimlənməsi sisteminin effektivliyinin artırılmasına yönəldilmiş dəyişikliklər edilmişdir. Bütövlükdə, maliyyə sektorunda restrukturizasiya prosesləri hələ ki, tamamlanmamışdır.
Dövrün sonuna maliyyə sabitliyi göstəricilərindən olan kapital adekvatlığı 22.6%, likvid aktivlərin cəmi depozitlərə nisbəti 40% olmuşdur.