Azərbaycanda ən kiçik sahibkarlıq subyektləri olan mikro biznesə bankların kredit dəstəyi artmaqda davam edir. Bu ilin oktyabrın 1-nə mikro sahibkarlığa yönələn kreditlərin həcmi 3 milyard 418,1 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 466,2 milyon manat və ya 15,8% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də bu seqmentə 2 milyard 951,9 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı olub. Ötən ilin sonuna (3 mlrd. 107,3 mln. manat) nəzərən portfel 310,8 milyon manat (10%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 71,6 milyon manatlıq (2,1%) artım qeydə alınıb.
Xatırladaq ki, mikro sahibkarlığa verilən kreditlər ötən ilin eyni dövründə 2 milyard 951,9 milyon manat, ötən ilin sonunda 3 milyard 107,3 milyon manat, bu ilin sentyabrın 1-də isə 3 milyard 346,5 milyon manat idi.














