Azərbaycan banklarının kiçik sahibkarlığa ayırdığı kreditlərin həcmində artım templəri digər seqmentlərlə müqayisədə zəifləyib. Bu ilin oktyabrın 1-nə kiçik biznesə verilən kreditlərin ümumi həcmi 1 milyard 619,9 milyon manat olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 48 milyon manat və ya 3,1% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də kiçik sahibkarlığa 1 milyard 571,9 milyon manat kredit ayrılmışdı.
Digər dövrlər üzrə də artım mülayim olub. Ötən ilin sonuna (1 mlrd. 548,6 mln. manat) nəzərən portfel 71,3 milyon manat (4,6%) böyüyüb. Son bir ayda (sentyabra nəzərən) isə 46,4 milyon manatlıq (3%) artım qeydə alınıb.
Xatırladaq ki, kiçik sahibkarlığa verilən kreditlər ötən ilin eyni dövründə 1 milyard 571,9 milyon manat, ötən ilin sonunda 1 milyard 548,6 milyon manat, bu ilin sentyabrın 1-də isə 1 milyard 573,5 milyon manat təşkil edirdi.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








