Dünyanın ən məşhur maliyyə qurumlarından olan «Morgan Stanley» öz baş menecerinin illik kompensasiya paketini 31,5 milyon dollar müəyyən edib.
“Petkim Petrokimya Holding” $300 milyon məbləğində kredit - CƏLB EDİB
FED.az xəbər verir ki, bank bu mükafatı 2022-ciilin nəticələrinə və əldə edilən mənfəətə görə təyin edib.
Bununla yanaşı, 2022-ci il üçün mükafat 1 il əvvəlkindən 10% azdır.
ABŞ-ın maliyyə qrupu olan «Morgan Stanley»nin direktorlar şurası bankın 2022-ci il nəticələrinə əsasən baş deriktor Ceyms Qormanın kompensasiya paketini 10% azaldıraq 31,5 milyon dollar həddində müəyyən edib.
Nəticədə 64 yaşlı Qorman ilin nəticələrinə görə, 31,5 milyon dollar gəlir lədə edəcək. Bunun 1,5 milyon dolları illik maaş, 7,5 milyon dollar bonumlar, 22,5 milyon dollar isə bankın aksiyaları ilə ödənilən mükafatdır.
«Morgan Stanley»nin rəhbərliyi elan edib ki, Qorman «əla ənəticələrə nail olub. Amma çətin iqtisadi şəraitdə bu nəticələr 2021-c ildəki həddə olmayıb».
Xatırladaq ki, 2021-ci ildə «Morgan Stanley» 15 milyard dollarlıq xalis mənfəət əldə edibki, bu da şirkətin tarixində rekord göstəricidir. Nəticədə 2021-ci ilin nəticələrinə görə, şirkətin səhmləri 44% bahalaşmış, baş direktor Qorman isə 35 milyon dollar mükafat almışdı.
2022-ci ildə isə bankın gəlirləri 1,4 dəfə azalaraq 11 milyard 29 milyon dollara enib.
Xatırladaq ki, «Morgan Stanley» bankı 1935-ci ildə yaradılıb, onun fəaliyyətinin əsas istiqamətlərindən biri aktivlərin idarə edilməsidir. Maliyyə qurumu hazırda dünyanın 40-dan artıq ölkəsinjə fəaliyyət göstərir.