Oktyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102876S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 547 milyon 248 min 700 AZN olub.
Eləcə də bax: Bakı Fond Birjasının dövriyyəsi 14,4%artıb - DÖVLƏT KAĞIZLARI HESABINA
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar noyabrın 14-də ödəniləcək.