Bu səhər Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi sənədə görə, Dollar satışında limit müəyyən olunub, 500 dollardan yuxarı alışlarda isə müştəri haqqında xüsusi forma doldurulacaq.
Eləcə də bax: Azərbaycanda banklardan biri – BİRLƏŞMƏYƏ HAZIRLAŞIR
Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına valyuta satışı ilə bağlı tapşırıqlar verdiyi bildirilir.
FED.az xəbər verir ki, tapşırığa əsasən, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar.
Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulacaq.
Xəbər verdiyimiz kimi, dünən neft qiymətləri 30%-dən çox düşüb, Brent neftinin qiyməti 31 dolları görüb. Bu vəziyyət Azərbaycanda 3-cü devalvasiya qorxularını artırıb.
Bu gün isə Brent nefti 7%-dən çox bahalaşıb və barelinin qiyməti 37.14 dollara yüksəlib (saat 09:45-ə olan məlumat).
Eləcə də bax: Azərbaycanda çeklərlə hesablaşma başlayır - MƏRKƏZİ BANKDAN AÇIQLAMA
marja