Azərbaycanda banklardan biri konsolidasiya – başqa bankla birləşmək imkanını araşdırır və bu sahədə kömək üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı «İnterfaks»a istinadən xəbər verir ki, bu barədə Bankın birinci vitse-prezidenti Yurgen Riqterink bildirib.
«Biz hesab edirik ki, Azərbaycanın bank sektoruna konsolidasiya lazımdır. Bizim Bakıya səfərimiz zamanı Azərbaycan banklarının birini rəhbərliyi ilə görüşdük, mən bankın adını çəkə bilmərəm, amma görüşdə həmin bankın başqa banla mümkün birləşməsini müzakirə etdik. Bank nümayəndələri bilmək istəyirdilər ki, onlara hansı dəstəyi göstərə bilərik»-deyə Riqterinq bildirib.
Riqterink qeyd edib ki, konsolidasiya Azərbaycan banklarına imkan verəcək ki, rəqabət qabiliyyətini artırsınlar.
«Azərbaycanın bank sektoru mürəkkəb 2015-ci ildən keçib. Bu dövr hökumət üçün mühüm məqam idi, hansı ki, sektorun güclənməsinə hədəflənmişdi. Hazırda Azərbaycanın bank bazarında 30 bank var və biz ilk 5 bankın bazar payı ilə digər 25 bankın payı arasında böyük fərq görürük» - deyə Riqterink bildirib.
AYİB-in birinci vitse prezidenti bildirib ki, bank Azərbaycanın bank sektoru ilə əməkdaşlıqda maraqlıdır və əvvəllər olduğu kimi onu dəstəkləməyə hazırdır. AYİB-in «Unibank»dakı payının azalmasına (9%-ə enib) toxunan Riqterink qeyd edib ki, bu normal praktikadır: «Biz «Unibank»ın kiçik səhmdarı idik, amma 2015-ci ildə bank problemlərlə rastlaşdı və biz payımızı artırdıq. Sonraan bankda vəziyyət noriallaşdı və bankın bizim pullara ehtiyacı əvvəlki kimi olmadı».