2023-cü ildə Mərkəzi Bankın 1 milyard 554 milyon manat olan cəmi kapital, 2024-cü ildə 1 milyard 997 min manata yüksəlib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu da illik 442,8 milyon manat və ya 28.5% artım deməkdir.
Nizamnamə fondu və Kapital ehtiyatlarına gəldikdə hər iki göstərici dəyişməz qalıb – 500 milyon manat. Bu, Mərkəzi Bankın struktur sabitliyini qoruduğunu göstərir. Yəni Bank nizamnamə kapitalına və ehtiyat fondlarına əlavə etmə ehtiyacı duymayıb.
Ədalətli dəyərin dəyişməsi üzrə gəlirlərdə ciddi azalma müşahidə olunur — 52 milyon 977 min manatdan 24 milyon 313 min manata düşüb. Bu, 28 milyon 664 min manat və ya 2,1 dəfə azalmadır.
Bölüşdürülməmiş mənfəətə gəldikdə isə ən diqqətçəkən artım bu göstəricidədir. 2023-cü ildə 501 milyon 238 min manat olan bölüşdürülməmiş mənfəət 2024-cü ildə 972 milyon 722 min manata çatıb. Bu, təxminən 471 milyon 484 min manat və ya 94% artım deməkdir və Mərkəzi Bankın daha gəlirli fəaliyyət göstərdiyini və əldə olunan mənfəətin bölüşdürülmədən kapitala əlavə edildiyini göstərir.