Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib.
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 13 % çoxdur.
AMB-nin aktivlərinin 27 milyard 047 milyon manatını borc qiymətli kağızları 5 milyard 629 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri, 1 milyard 208 milyon min manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (təşkil edib.
İllik müqayisə ilə borc qiymətli kağızlar 5 milyard 27 milyon manat (23%) artıb, pul vəsaitləri və onların ekvivalentləri 953 milyon 551 min manat (14%) azalıb. Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmala üzrə vəsaitlərin həcmi isə 11 milyon 916 min manat (1%) artıb.
Banklara verilmiş kreditlərin məbləği 215 milyon 938 min manat, başqa sözlə 4 dəfə azalaraq 72 milyon 951 min manata düşüb.
BOKT-lara verilmiş kreditlərin məbləği isə 6 milyon 261 min manat və ya 45% azalaraq 7 milyon 584 min manata düşüb.
Ötən il Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 216 milyon 419 min manat kredit verib ki, bu da 2022-ci illə müqayisədə 5 milyon 336 min manat və ya 2% azalma deməkdir.
Qurumun torpaq, tikili və avadanlıqları 353 milyon 449 min manat, qeyri-maddi aktivləri 50 milyon 473 min manat, investisiya mülkiyyəti 38 milyon 495 min manat, sair maliyyə aktivləri 51 milyon 571 min manat, sair aktivləri 118 milyon 42 min manat təşkil edib.
İllik müqayisədə torpaq, tikili və avadanlıqların dəyəri 65 milyon 498 min manat (23%) artıb, qeyri-maddi aktivləri 16 milyon 645 min manat (25%) azalıb, investisiya mülkiyyəti ötən il olmayıb, sair maliyyə aktivləri 13 milyon 322 min manat (20%), sair aktivləri 37 min manat azalıb.