Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Taleh Kazımov "Premium Bank"ın 2,5 milyon manat kredit verməsinə - MÜNASİBƏT BİLDİRİB
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu addım xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvarın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.