"Premium Bank" öz strategiyasına uyğun olaraq biznes nöqteyi-nəzərdən 2,5 milyon manat kredit verilməsi ilə bağlı qərar verib.
"Premium Bank" cüzi gəliri olan vətəndaşa 2,5 milyon manat - İSTEHLAK KREDİTİ VERİB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 31 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan Mərkəzi Bankı bu kreditlə bağlı məlumatlıdır.
Bankın cüzi gəlir qarşısında iri məbləğli kredit verməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı "Premium Bank"ın rəhbərliyi ilə müzakirə aparıb. Aidiyyatı tədbirlər görülüb.
Sədr çıxışında vurğulayıb ki, biz burada heç bir problem görmürük. Azərbaycan Mərkəzi Bankı olaraq bu səpkidən olan kreditlərin verilməsinin qarşısını almırıq, sadəcə banklardan səbəbinin açıqlanmasını tələb edirik.
"Banklar əksər hallarda belə kreditlər vermir və bu sahəyə diqqətlə nəzarət edirik" - deyə AMB sədri əlavə edib.