Mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin azalması mümkündür. Bununla bütövlükdə monetar şəraiti neytral zonaya yaxınlaşdrıra bilərik.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfarnsında deyib.
Eləcə də bax :"Kredit faizlərinin nə üçün düşmədiyini banklardan soruşun"
"Valyuta bazarında qorxulu heç nə görmürük. Bankları stimullaşdırmaq istəyirik ki, onlar kreditləşməyə yönəlsinlər. İqtisadiyyatda pul var, likvidlik səviyyəsi artır. AMB birinci rübdə pul bazasını 11% artırıb. İqtisadiyyatın likvidliyə tələbi olub və biz vermişik, ancaq bu vəsaitlər qiymətli kağızlara verilir. Ona görə biz çalışırıq ki, həmin pullar maksimum kreditləşməyə yönəldilsin", - deyə o, qeyd edib.
E.Rüstəmovun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması, maliyyə vasitəçiliyin təmin olunması, əhalinin və biznesin maliyyə vəziyyətinin sağlamdırılması ilə bağlı araşdrmalar aparılır.
"Son 3 ayda milli valyutanın real effektiv məzənnəsi azalıb. Azərbaycan manatının tərəfdaşları ilə məzənnəsində 30-35% ucuzluğu saxlanılır. Bu da manatın rəqabət üstünlüyünü əks etdirir", - deyə o, əlavə edib.