Mərkəz Bank (VÖEN – 9900071001) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Fintex ekosistemində məlumatlılığın artırılması və Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə tədbirin təşkili xidmətinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 20 min 300 manat təşkil edir.
Müsabiqə 24 noyabr 2025-ci il, saat 09:29-da dərc olunub.
Təkliflərin qəbulu 16 dekabr 2025-ci il, saat 17:00-da başa çatır.
Zərflərin açılışı da 16 dekabr 2025-ci il, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 40 manat 60 qəpik, istifadə haqqı 25 manat müəyyən edilib. Qaydalar üzrə ödənişlərin geri qaytarılması nəzərdə tutulmur.
Əlaqələndirici şəxs – Günay Əhmədli, aparıcı mütəxəssis
E-poçt: [email protected]
Telefon: +994 12 493 50 58
İddiaçılar təkliflərini 16 dekabr 2025-ci il, saat 17:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.












