“NBC Bank” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 17,6 mln manat, faiz xərcləri isə 11 mln manat olub. Bankın xalis gəlirləri hesabat dövründə ötən ilə nisbətən 11,69% azalaraq 6,5 mln manata enib.
Bankın 2018-ci ildə qeyri faiz gəlirləri ötən ilə nəzərən 7,77% artaraq 3,4 mln manat, qeyri-faiz xərcləri isə 1,27 dəfə artaraq 7,7 mln manat təşkil edib. Bu dövrdə aktivlər üzrə mümkün zərərlrin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar keçən illə müqayisə də 30,22% azalaraq 1,1 mln manata enib.
Eləcə də bax: Verdiyi kreditləri qəpiyinə kimi toplaya bilir - BANK HESABATI
Yekunda bank 2018-ci ili 1 mln 149 min manat mənfəətlə başa vurub.
Bank 2017-ci ili də 2 mln 914 min manat mənfəətlə başa vurmuşdu. Başqa sözlə bankın bu il mənfəəti 60,57% azalıb.
FED.az bankın “Balans” hesabatına əsasən bildirir ki, bankın cəmi aktivləri 2018-ci ildə ötən ilə nisbətən 38,82% artaraq 283,4 mln manat, cəmi kapital da 2,22% artaraq 58,1 mln manata çatıb. Bankın kredit portfeli 29,73% artaraq 212,2 mln manat təşkil edib.
Bankın hesabatına buradan baxa bilərsiniz.