«Paşa Bank» 2019-cu ilin birinci rübünə aid maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 52,558 milyon manat, faiz xərcləri isə 10,092 milyon manat olub.
Şirkətin xalis faiz gəliri 42,466 milyon manat təşkil edib. Şirkətin rüb üzrə xalis mənfəəti 2018-ci ilin ilk rübü ilə müqayisədə 5,46 dəfə artaraq 6,532 milyon manatdan 35,681 milyon manata yüksəlib. «Paşa bank»ın cəmi akivləri 2018-ci ilin 4-cü rübü ilə müqayisədə 1% azalaraq 4,695,717 milyon manatdan 4,647,941 milyon manata enib. Bankın cəmi kapitalı isə 8.6% artaraq 418,148 milyon manatdan 454,267 milyon manata yüksəlib.
Eləcə də bax: Nəhayət ki, mənəfəətdədir - BANK HESABATI