Azərbaycanın tanınmış istirahət və əyləncə məkanlarından olan «Megafun»un bir neçə il əvvəl bağlanmış və hazırda ləğv etmə mərhələsində olan «Bank Standard»a 18 milyon manat kredit borcu var.
Eləcə də bax: Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik - "YELO BANK"IN SƏDRİ
FED.az xəbər verir ki, «Bank Standard» bu krediti «Familyland» MMC-yə («Megafun» MMC-nin əvvəlki adı) 2015-ci ildə ayırıb. 27 oktyabr 2015-ci il tarixində imzalanmış kredit müqaviləsinə görə, bank əyləncə mərkəzinə illik 6,5%-lə 18 milyon msanati kredidit ayırıb. Kreditin təminatı olaraq «Megafun»un sahibi Babək Babayev öz obyektlərini girov qoyub. Kredit 1,5 illiyə verilib və artıq 10 fevral 2017-ci ildə bağlanmılı imiş. Amma indiyək ödənilmədiyinə görə, «Bank Standard»ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu əyləncə mərkəzini və Babək Babayevi məhkəməyə verib.
Məsələyə Bakı Kommersiya Məhkəməsində baxılır.