"Bankir qismində mən bir neçə böhrandan keçmişəm. Böhranlardan keçdikcə dəyişikliklərə, hətta ən radikal dəyişikliyə adaptasiya olmağı öyrəndim".
Eləcə də bax: Niyə əmanətinizi bankdan götürməməlisiniz? - "YELO BANK"IN SƏDRİ İZAH EDİR!
FED.az xəbər verir ki, bunu CBC telekanalına müsahibəsində Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib.
"Yelo Bankın dəyərlərindən biri həllər tapmaqdır. Bizim kifayət qədər peşəkar komandamız var və həmkarlarım çox gözəl anlayır ki, pandemiya dövründə hər kəs nədənsə məhrum olur. Belə durumda itkilərə (təbii ki, söhbət insan sağlamlığından getmir) təəssüflənmək lazım deyil, çünki bunun bizə faydası olmayacaq. Hər kəs itkiləri bərpa etmək üçün birgə işləməli və əvvəlkindən daha yaxşı olmağa çalışmalıdır. Hər böhran yeni imkanlar yaradır. Kifayət qədər misal var ki, bir sıra ölkələr və şirkətlər hansısa böhrandan daha güclü çıxıb. Mən komandamıza və bankın texnoloji imkanlarına inanıram. Bunun hesabına biz transformasiya olunacağıq, çətinliklərdən keçərək daha güclü olacağıq", - deyə bank rəhbəri bildirib.
Onun fikrincə, pandemiya çox şeyi, o cümlədən bizim baxışlarımızı dəyişəcək: "Məsələn, gələcəkdə bir çox insan və biznes subyektləri sırf özünə arxalanacaq, kənardan dəstək gözləməyəcək. Sözsüz ki, iş yerlərinin qorunması üçün biznes subyektləri dövlətdən dəstək almalıdır. İnanıram ki, hökumətin və Maliyyə Sabitliyi Şurasının bundan sonra da atdığı addımlar düzgün olacaq".
"İndiki durumda Yelo Bank hansı müştəriyə kredit verər?" sualına cavab olaraq bankir bunu deyib: "Hətta bu durumda Yelo Bank fəaliyyətdə olan heç bir bzinesə kredit verməkdən çəkinməz. Biz elə bir komanda formalaşdırmışıq ki, həmkarlarım sizin ödəniş qabiliyyətinizə inanmasa, kredit ayırmaz. Əgər biz sizə kredit vermiriksə, deməli, müştərimizin əlinin yanmasını istəmirik. Əlbəttə, biz güzəştli və kommersiya kreditləşməsini davam etdiririk. Biz Aqrar Kredit və İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq edirik, üstəlik, Sahibkarlığın İnkişaf Fondu ilə əməkdaşlıq qurduq. Bu vəsaitləri sahibkarlara yönəltmək bizim üçün çox xoş olar. Bununla yanaşı, bizim özümüzün kifayət qədər vəsaitimiz var ki, biznes subyektlərini kreditləşdirək".
"Pandemiya dövründə xeyli sayda müştəri restrukturizasiya ilə bağlı banka müraciət etdi və biz bunu olduqca pozitiv qarşıladıq. Çətinliklə üzləşmisinizsə və bunun obyektiv səbəbləri varsa, tərəfdaşdan dəstək istəməlisən. Bu durumda bizim yanaşmamız birmənalıdır - kömək edəcəyik! Bizim bir müştərimizin hotel və restoran biznesi var. Bildiyiinz kimi, hər iki sektor ciddi zərər görüb. Lakin müştərimiz gizlənmədi, əksinə, gəldi və yardım istədi. Əlbəttə ki, biz ona yardım əlimizi uzatdıq. Hətta bir müddət restoranların fəaliyyətinə icazə veriləndə mən müştəri qismində məhz onun restoranına getdim, şəkil çəkdim və ona göndərdim ki, həm də psixoloji olaraq dəstək olum. Yalnız bir-birimizə kömək edərək biz yaxşı nəticələr əldə ed bilərik", - Şurqaia qeyd edib.
Onun sözlərinə görə, əksə iş yerləri qorunduğu üçün fiziki şəxslərdən daha çox biznes subyektləri problemlə üzləşdi: "Buna görə, biznesə dəstək olmaq lazımdır. Biznes subyekti bağlanarsa, biz iş yerlərini itirəcəyik, sonra isə onları bərpa etmək çox çətin olacaq".
Bank sədri məsuliyyətli kreditləşmənin vacibliyinə də toxundu: "Yaxşı kredit biznes kreditidir. Mən onun tərəfdarı deyiləm ki, götürdüyün istehlak krediti ilə xeyli bahalı əşyalar alasan və sonra ödəniş barədə düşünəsən. Özünə yeni soyuducu alan şəxsi anlayıram, çünki onun faydası var. Lakin ödəniş edə bilməyəcəyin halda kreditə bahalı telefon almq nəyə lazımdır? Bu cür alış-veriş hansısa abi xoşbəxtlik gətirə bilər, lakin onlardan fayda yoxdur. Mən yeni imkanlar üçün kreditin götürülməsinin tərəfdarıyam".