01.06.2023-cü il tarixində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 20 milyard 659.3 milyon manat təşkil edib.
Azərbaycanda problemli kreditlərin məbləği - 27% AZALIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə may ayında kredit qoyuluşları 279,7 milyon manat artıb.
Mayın əvvəlində kredit qoyuluşları 20 milyard 379.6 milyon manata çatmışdı.
Kredit qoyuluşları (milyon manatla)
01.06.2023 20659.3
01.05.2023 20379.6
01.04.2023 20038.6
01.03.2023 19757.4
01.02.2023 19669.6
01.01.2023 19594.4
01.12.2022 19674.2