"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.
FED.az xəbər verir ki, o, noyabrın 1-dən "PAŞA Bank Gürcüstan"ın İH-nin üzvü kimi fəaliyyət göstərir.
Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bank”ında 3 departament birləşdirilib, direktor - TƏYİN EDİLİB
A.Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiqləyib: “Unibank”da 3 illik strateji dövr var idi və bu dövrdə müəyyən edilmiş hədəflərin hamısı yüksək səviyyədə icra olundu. Hazırda “Unibank” mənfəət göstəricisinə görə, ilk 5-likdədir. Bundan sonra "PAŞA Bank Gürcüstan"da fəaliyyət göstərəcəyəm".