Rusiyanın «Sberbank»ının şöbəsində «Makdonalds» filialı fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, Rusiyanın innovasiyaları ilə məşhur olan «Sberbank»ının «Makdonalds»la yeni layihəsi Moskvada «Novoslobodskaya» metrostansiyasının yaxınlığındakı bank bölməsindən başlayıb. Yeni formatda bank ofisinin içərisində «Makdonalds»ın «MakKafe» küncü var, burada özünəxidmətdir, amma yaxınlıqdakı Makdonalds» restoranından yemək sifariş vermək üçün planşet də mövcuddur.
Eləcə də bax: Bank ixtisar etdiyi işçilərini – BAŞQA BANKLARA TƏKLİF EDİR - YENİLİK
Layihəyə «Sberbank»ın başqa bir servisi – «Delivery Club» dəstək verir, bank bu şirkətin sahiblərindən biridir. «Sberbank»ın «Makdonalds»la əməkdaşlığı planları bu ilin əvvəlindən yaranmışdı. Burada məqsəd bank filiallarına müştəri axınını qorumaqdır.
Məsələ bundadır ki, son illər rəqəmsal formatın işə düşməsi, yəni internet və mobil bankçılığın artması nəticəsində bütün dünyada banklara müşətri axını azalıb. Qarşıdakı 3-5 il ərzində isəmüştəri axını daha 30% azalacaq.
«Sberbank» isə «Makdonalds»la vətəndaşların istehlakçı davranışları, bank hesablaşmaları analizi sahəsində əməkdaşlıq edəcək.
Eləcə də bax: “Sberbank” qəhvə satışına - BAŞLAYACAQ
Hazırda «Sberbank» restoran şəbəkələrinin əksəriyyətinin partnyorudur, bankın öz ofislərinin sayı isə 14 mindən artıqdır.