Rusiyanın innovasiyaları ilə məşhur olan «Sberbank»ı insan resurslarının idarə edilməsi sahəsində maraqlı yeniliyə başlayıb.
FED.az xəbər verir ki, «Sberbank» ölkənin başqa banklarına təklif edib ki, onun ixtisar etdiyi işçilərini işə götürsünlər.
Eləcə də bax: Rusiyanın bank tarixindəki - ƏN BÖYÜK SIZMA!
«Sberbank» qarşıdakı 5 ildə 110 min işçisini ixtisar etmək niyyətindədir. Rusiyanın bəzi bankları «Sberbank»ın HR bölməsindən təklif alıblar ki, buradan ixtisar olunan işçiləri işə qəbul etsinlər. Yeni işçilər haqqında vakansiyalar (daha dəqiqi işçilər haqqında məlumatlar) «NextSteps» adlanan platformada yerləşdirilib.
Qeyd edək ki, bu saytda yalnız təcrübəli və təsdiqlənmiş peşəkar uğurlar olan işçilərin rezumeləri yerləşdirilir. «Sberbank»da bildiriblər ki, bu sistemi 2019-cu ilin ortalarından bütün ölkə ərazisində işləyir. «Biz çalışırıq ki, işçilərimizə ixtisar prosesini mümkün qədər ağrısız keçirməkdə köməklik edək»-deyə bildiriblər.
Eləcə də bax: “Sberbank” qəhvə satışına - BAŞLAYACAQ
Qeyd edək ki, bu sayt həm işçilər, həm də potensial işəgötürənlər üçün pulsuz fəaliyyət göstərir. Üstəlik ixtisar olunan işçilər buna görə ödənişləri əvvəlki qaydada alacaqlar.
Qeyd edək ki, «Sberbank»ın ixtisar planları yeni deyil – 2018-ci ilin noyabrında bankın rəhbəri German Qref bildirib ki, rəqəmsal bankçılığın inkişafı ilə əlaqədar olaraq 2025-ci ilədək işçilərin yarısı azalacaq. Bu ilin sentyabrında bankda 278 min nəfər çalışırdı, ixtisarlar 110 min nəfərə aid olacaq.
Başqa banklar «Sberbank»ın bu addımını maraqlı qarşılayıblar. «Poçt bank»dan bildiriblər ki, bu addım «Sberbank»ın öz işçilərinə qayğısını göstərir və hörmətə layiqdir. Üstəlik bu layihə işçi haqqında müsbət rəy yaradır. Hərçənd bəzi banklar bu ideyanı mənasız sayır: «Öz rəqibinin ixtisar etdiyi işçini işə götürmək qaribədir».