2019-cu ilin sonuna olan məlumata görə, Azərbaycanda olan əməkhaqqı kartlarının sayı 2 milyon 316 min, kredit kartları 797 min ədəd olub. 2018-ci illə müqayisədə 2019-cu ildə əməkhaqqı kartları artıb, kredit kartları azalıb.
Eləcə də bax: Azərbaycanda istehlak kreditlərinin həcmi - REKORD HƏDDƏ ÇATIB
FED.az Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2019-cu ildə əməkhaqqı kartları 276 min ədəd və ya 13,5% artıb. Belə ki, 2018-ci ilin sonuna ölkədə olan əməkhaqqı kartalarının sayı 2 milyon 040 min ədəd təşkil etmişdi.
Əməkhaqqı kartlarından fərqli olaraq sosial kartların sayı azalıb. Belə ki, 2019-cu ilin sonuna olan məlumata görə, ölkədə olan sosial kartların sayı 2 milyon 383 min manat olub. Bu göstərici 2018-ci illə müqayisədə 139 min kart və ya 5,5% azdır. Belə ki, 2018-ci ilin sonuna ölkədə olan sosial kartların sayı 2 milyon 522 min ədəd təşkil etmişdi.
KREDİT KARTLARINA MARAQ AZALIB
Həmçinin kredit kartlarının da sayında azalma müşahidə olunub. Belə ki, 2019-cu ilin sonuna olan məlumata görə, ölkədə olan kredit kartlarının sayı 797 min ədəd olub. Bu göstərici 2018-ci ilin sonuna olan məlumatla müqayisədə 63 min və ya 7,3% azdır. 2018-ci ildə ölkədə olan kredit kartrlarının sayı 860 min təşkil etmişdi.