Azərbaycanda 2019-cu ilin sonuna istehlak kreditlərinin həcmi tarixi maksimuma çatıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuna istehlak kreditləri 6 milyard 978,7 milyon manat olub. Bu göstərici 2018-ci ilin sonu ilə müqayisədə 1 milyard 659,1 milyon manat və ya 31,1% artıqdır.
Eləcə də bax: «İstehlak kreditlərinə məhdudiyyət qoyacağıq» - ELMAN RÜSTƏMOV AÇIQLADI
Belə ki, 2018-ci il sonunda ölkə üzrə istehlak kreditlərinin həcmi 5 milyard 319,6 milyon təşkil etmişdi.
Xatırladaq ki, 2019-cu ilin sonuna ölkə banklarının ümumi kredit portfeli 15 milyard 298,2 milyon manat təşkil edib. Bu 2018-ci ilə müqayisədə 2 milyard 277,9 milyon manat və ya 17,4% artıqdır.
Başqa sözlə, istehlak kreditlərinin artım sürəti ümumi kreditlərin artımın təqribən 2 dəfə üstələyib.
İstehlak kreditlərinin həcmi ilə yanaşı, onların ümumi kredit portfelində payı da sürətlə artmaqdadır. 2018-ci ildə ölkə üzrə ümumi kreditlərin 40,9%-i istehlak idisə, 2019-un sonunda bu rəqəm 45,6%-ə çatıb.