“Maliyyə icarəsi haqqında” qanununun hazırlanmasında əsas məqsədlərdən biri vahid və beynəlxalq təcrübəyə uyğun yanaşma ilə hüquqi müəyyənliyin təmin edilməsi və praktikada yaranan mübahisəli məqamlara son qoyulmasıdır.
Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - MÜSAHİBƏ
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Tural Feyzullayev deyib.
Onun sözlərinə görə, indiyə qədər mülki hüquqi münasibətlərdə “lizinq” adı altında maliyyə icarəsi və əməliyyat icarəsi əməliyyatlarının fərqləri aydın olmurdu:
“Bu isə həm mülki hüquqi münasibətlərdə qeyrimüəyyənliyə, həm də məhkəmə praktikasında uyğunsuzluqlara səbəb olurdu. İndi anlayışlar beynəlxalq standartlara uyğunlaşdırılır. Beləliklə sözügedən dəyişiklik həm yerli, həm də xarici tərəflər üçün hüquqi müəyyənliyin bərqərar olmasına zəmin yaradacaq”.














