İyunun 24-nə olan vəziyyətə görə, lisenziyası ləğv edilmiş “AGBank”, “Amrahbank”, “Ata Bank” və “NBC Bank”ın əmanətçilərinə 83,9 milyon manat kompensasiya ödənilib.
Eləcə də bax: Banklar üzrə əmanətçilərin sayı və məbləğlər - AÇIQLANDI – RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev məlumat verib.
“İyunun 24-nə bu banklar üzrə 7 min 548 nəfərə 83,9 milyon manatlıq əmanətlər üzrə kompensasiya ödənilib”, - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, 4 bankda qorunan əmanətlərin həcmi 670,7 milyon manatdır.
T.Piriyev qeyd edib ki, bu banklarda qorunan əmanətlər üzrə kompensasiyaların həcmi aşağıdakı kimidir: “Amrah Bank” - 17 min əmanətçi və 144,9 milyon manat; “Ata Bank” - 25,6 min əmanətçi və 254,4 milyon manat; “AG Bank” - 22,8 min əmanətçi və 134,2 milyon manat; “NBC Bank” - 8,7 min əmanətçi və 137,2 milyon manat
Bu bankların ümumi kredit portfeli 1 milyard 16 milyon manatdır: “Amrahbank” - 123,6 milyon manat, “Atabank” - 414,4 milyon manat, “NBCBank” - 173,5 milyon manat, “AGBank” - 305,4 milyon manat. (İnterfaks)