Bağlanan 4 bankda ümumilikdə 74100 nəfər əmantçi var və onlara 670,7 milyon manat ödəniləcək.
Eləcə də bax: “Bağlanmış 4 bankda təxminən 100 sığortasız əmanətçi var”
FED.az xəbər verir ki, bu barədə əmanətlərin sığortalanması fondunun icraçı direktoru Tural Piriyev bildirib. Onun sözlərinə görə, fəaliyyəti dayandırılmış «Amrahbank»da 17 min nəfər əmanətçinin 144,9 milyon manatlıq, «Atabank»da 25,6 min nəfərin 254,4 milyon manatlıq, «Ağ bank»da 22,8 min nəfərin 134,2 milyon manat, «NBC Bank»da isə 8,7 min nəfərin 137 ,2 milyon manat əmanəti var.
İndiyədək 7548 nəfərə 83,9 milyon manat ödəniş edilib.