Azərbaycanın aparıcı banklarından olan «Unibank»ın bir qədər əvvəl buraxdığı «Leobank» kartlarının böyük əksəriyyəti – 80%-i gündəlik aktiv kartlardır.
Eləcə də bax: «Leobank» bank hesabı olmayanları da - BANKA CƏLB EDİB - 850 MİN NƏFƏR
FED.az xəbər verir ki, bu barədə Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bilirib.
Bankın «Leobank» layihəsi barədə məlumat verən bankir bildirib ki, bu Bankın reallaşdırdığı «Sənin bankın» konsepsiyasının bir hissəsidir.
«Sənin bankın» konsepsiyası üzrə araşdırma zaman iki mühüm aspektə diqqət etdik. Birinci - müştərilərin ehtiyac və istəkləri, ikinci isə bu ehtiyacların və istəklərin bank məhsulları və xidmətləri çərçivəsində həlli».
F.Hüseynov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən «Leobank»a maraq böyük olub: «Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir. Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən Leobank mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib».
Onun sözlərinə görə, hazırda «Leobank» kartlarının böyük əksəriyyəti demək olar hər gün istifadə edilir: «Bu gün Leobank kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəri yönümlülüyündən xəbər verir».
Bankdan FED.az-a verilən məlumata görə, indiyədək təqdim edilən «Leobank» kartlarının sayı 600 min ədədi keçib.