«Unibank» bu ilin ilk 9 ayının nəticələrinə açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, ilk 9 ay ərzində Unibank faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 124,1 % artaraq 56,5 mln manat, faiz xərcləri 128,4 % artaraq 19,6 mln manat,qeyri-faiz gəliri 86,9 % azalaraq 2,87 mln manat, qeyri-faiz xərcləri 175% artaraq 36,1 mln manat təşkil edib.
Oktyabrın 1-nə Bankın aktivləri 604,8 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 15,6 % azdır. Bunun 280,6 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Unibankın kredit portfeli 34,2% kiçilib.
Verilmiş kreditlərin 61 %-i şəxsi məqsədlər üçün fiziki şəxslərə verilmiş kreditlər , 23 %-i ticarət və xidmət sahələrinə verilmiş kreditlər, 5 %-i sənaye sahəsinə verilmiş kreditlər təşkil edib.Kreditlərin 71 %-i Bakı üzrə təqdim edilib.
Bununla yanaşı, bank problemli kreditlərin məbləğini və onların ümumi kredit portfelindəki payını açıqlamayıb.
Hesabat tarixinə Unibankın öhdəlikləri 13,6 % azalaraq 561,8 mln manat təşkil edib.
Bunun 377,3 mln manatı müştərilərdən alınmış depozitlərdir. Son 9 ayda Unibankın depozit portfelində 4,1 % artım müşahidə olunub.
Amma bankın hesabatında depozitlərin fiziki və hüquqi şəxsər arasındkı bölgüsü göstərilməyib.
Unibankın nizamnamə kapitalı İyun ayında artırılaraq 119,7 milyon manata çatdırılıb. İlin sonunadək nizamnəmə kapitalının 21 mln manat həcmində artırılması nəzərdə tutulur.
Buna da baxın: «AzərTürkBank» xalis gəlirə çıxdı - HESABAT
«Unibank»ın xalis zərəri 10 milyon manatı keçib
09:24
31 Okt 2017