«AzərTürkBank» bu ilin ilk 9 ayının nəticələrinə açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində AzərTürkBank faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 47 % azalaraq 12,7 mln manat, faiz xərcləri 50 % azalaraq 4,2 mln manat,qeyri-faiz gəliri 74,1 % azalaraq 6,5 mln manat, qeyri-faiz xərcləri 90,6% azalaraq 1,9 mln manat təşkil edib.
Oktyabrın 1-nə Bankın aktivləri 295,2 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 37,1 % azdır. Bunun 115,5 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda AzərTürkBankın kredit portfeli 22,6% kiçilib.
Hesabat tarixinə AzərTürkBankın öhdəlikləri 41,7 % azalaraq 241,8 mln manat təşkil edib.
Bunun 187,6 mln manatı müştərilərdən alınmış depozitlərdir. Son 9 ayda AzərTürkBankın depozit portfelində 29,5 % azalma müşahidə olunub.
AzərTürkBankın kapitalı ötən ilin sonu ilə müqayisədə 2,2 % azalaraq 53,4 mln təşkil edir.
Buna da baxın: «Unibank»ın xalis zərəri 10 milyon manatı keçib
«AzərTürkBank» xalis gəlirə çıxdı - HESABAT
09:28
31 Okt 2017