«Azərbaycan Sənaye Bankı» (ASB) 2018-ci il üçün kredit portfelinin iqtisadiyyatın sahələri və regionlar üzrə bölgüsünü açıqlayıb.
FED.az ASB-ə istinadən xəbər verir ki, 2018-ci ildə bankın kredit portfeli ötən ilə nəzərən 4,31% azalaraq 285 mln 977,5 min manat olub.
Eləcə də bax: Daha bir bank mənfəət açıqladı - HESABAT
Kredit portfeliin regionlar üzrə bölgüsü:
Ən çox kredit Bakı şəhərində verilib. Burada verilən kreditlərin məbləği 278 min manat və ya ümumi portfeldə xüsusi çəkisi 97,21%-dir.
İmişli rayonunda verilən kreditin məbləği 3 mln 952 min manat və ya ümumi portfeldə xüsusi çəkisi 1,38%;
Gəncə şəhərində verilən kreditlərin məbləği 3 mln 815 min manat və ay ümumi kredit portfelində xüsusi çəkisi 1,33%;
Sumqayıt şəhəri üzrə verilən kreditlərin məbləği 209 min manat və ya ümumi kredit portfelində xüsusi çəkisi 0,07% olub.
Kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsü:
ASB-nin ən çox kredit sənaye sahəsinə verilib. Bu sahəyə verilən kredit məbləği 173,9 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 60,80%-dir.
Ticarət və xidmət sahəsinə verilən kreditlərin məbləği 87 mln 39 min manat və ya kredit portfelində xüsusi çəkisi 30,44%;
Kənd təsərrüfatı sahəsinə verilən kreditlərin məbləği 15,4 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 5,39%;
İstehlak kreditləri üçün verilən məbləğ 6,5 mln manat və ya ümumi məbləğdə xüsusii çəkisi 2,29%;
Tikinti sahəsinə 2,4 mln manat dəyərində kredit verilib. bu kredit məbləğinin kredit portfelində xüsusi çəkisi 0,83%;
Digər sektorlara 706 min manat məbləğində ( kredit portfelində xüsusi çəkisi 0,25%) kredit verilib.
Ən az kredit isə bank sistemi və maliyyə sahəsinə verilib. Bu sahəyə verilən kredit məbləği 27,5 min manat təşkil edib.(ümumi məbləğdə xüsusi çəkisi 0,009%).