Azər Türk Bankın 01 yanvar 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 370,2 milyon manat olub. Bankın kredit portfelinin həcmi 38 faiz yüksələrək 164,9 milyon manat, cəmi bank öhdəlikləri 12% artaraq 314,8 milyon manata çatıb.
Eləcə də bax: Mənfəəti 60% azalsa da, böyüyüb – BANK HESABATI
Məcmu kapitalın həcmi 52 milyon manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 24%, leverec əmsalı isə 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan təqribən üç dəfəyə yaxın çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Ötən ilin son rübündə Bank 169 min manat həcmində xalis mənfəət əldə edib.
Depozit portfeli 167,5 milyon manat həcmində olub ki, bunun da 55,3 milyon manatı əhalinin əmanətləridir.
2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artaraq 48 351 nəfərə çatıb.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
“Azər Türk Bank”ın "Mənfəət və Zərər" hesabatı
“Azər Türk Bank”ın “Balans” hesabatı