«Xalq Bank» 2018-ci il üçün kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsünü açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə bank tərəfindən iqtisadiyyatın sahələri üzrə verilmiş kredit məbləği 1 mlrd 394,5 mln manat olub.
Ötən il isə bu məbləğ 1 mlrd 327,2 mln manat olmuşdu. Başqa sözlə bankın kredit portfeli 67,5 mln manat və ya 5,08% artıb.
Eləcə də bax: “Gilan”ın bankı kiçilərək mənfəətə çıxdı – BANK HESABATI
Diqqəti çəkən məqam odur ki, «Xalq Bankın» kredit portfelinin saələr üzrə bölgüsü daha balanslıdır. Belə ki, ən çox kredit verilən sahəyə ayrılan vəsaitlərin həcmi ümumi kredit portfelinin 20%-ni keçmir.
2018-ci ilin nəticələrinə görə, banuın ən çox kreit verdiyi sahə mədən çıxarma sənayesidir - 278,8 mln manat və ya ümumi kredit portfelinin 19,99%-.i
Digər sahələr üzrə bölgü aşağdakı kimi olub:
- İnformasiya və rabitə sahəsi - 226,4 mln manat (kredit portfelində xüsusi çəkisi 16,23%),
- Emal sənayesi - 197 mln 802 min manat (14,18%),
- Digər qeyri- istehsal və xidmət sahələri - 183,01 mln manat (13,12%),
- İstehlak kreditləri - 169,2 mln manat (12,13%),
- Ticarət sahəsi - 119,2 mln manat (8,55%),
- Tikinti sahəsi - 110,6 mln manat (7,93%),
- Kənd təsərrüfatı - 93,6 mln manat (6,71%),
- Digər maliyyə institutları - 12,1 mln manat (0,86%),
- Nəqliyyat 3,9 mln manat (0,29%).