“AFB” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
FED.az “AFB”-in “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 33 mln 939 min maat, faiz xərcləri 2 mln 758 min manat olub. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nisbətən 43,55% artaraq 31 mln 181 min manat olub.
Qetri-faiz gəlirləri hesabat dövründə ötən ilə nəzərən 1,73% azalaraq 11 mln 323 min manat, qeyri-faiz xərcləri 50,07% artaraq 23 mln 145 min manata çatıb. Bütün bunlar nəzərə alınanda əməliyyat mənfəəti 1 ildə 8,63% artaraq 19 mln 358 min manat təşkil edib.
Eləcə də bax: "AFB Bank" işçilərini ixtisar edir - ŞÖBƏ RƏİSİ İŞDƏN ÇIXARILDI
Bank 2018-ci ili 21 mln 654 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 12 mln 186 min manat zərərlə başa vurmuşdu.
FED.az bankın "Balans" hesabatına əsasən bildirir ki, cəmi aktivləri hesabat dövründə ötən ilə nisbətən 15,59% azalaraq 417 mln 530 min manata enib, cəmi kapital isə 31,62% artaraq 87 mln 588 min manata çatıb.
Bankın kredit portfeli 1 ildə 10,89% azalaraq 194 mln 305 min manat, depozit portfeli də 29,85% azalaraq 201 mln 911 min manata enib.
"AFB"in "Mənfəət və Zərər" hesabatı
"AFB"in "Balans" hesabatı
“Gilan”ın bankı kiçilərək mənfəətə çıxdı – BANK HESABATI
10:40
24 Yan 2019