Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 67,1 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda kredit ittifaqlarının üzərinə - Yeni Öhdəlik Qoyulub
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 1 milyard 2461,4 milyon manatı və ya 82,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 906,9 milyon manat olub və ümumi kredit portfelinin 6 faizini təşkil edib. (Azərtac)