Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra kredit ittifaqları hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada qurumda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.
Borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.