2023-cü ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 680,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 271,4 milyon manat və ya 19,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 408,8 milyon manat olub.